...

Argentinada daşqınlar nəticəsində ən azı 13 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 9 Mart 2025 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın cənubundakı Buenos-Ayres əyalətində baş verən daşqınlar nəticəsində ən azı 13 nəfər həyatını itirib, iki uşaq isə itkin düşüb.

Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "La Nación" qəzeti məlumat yayıb.

Əvvəlcə 10 nəfərin öldüyü bildirilirdi, lakin zərərçəkənlərin və itkin düşənlərin sayının artacağı ehtimal edilir, çünki zərər çəkmiş yaşayış məntəqələrində hələ də rabitə problemi yaşanır və elektrik enerjisi yoxdur.

Baya Blanka liman şəhəri və onun ətraflarında cümə günü baş verən güclü yağışlar nəticəsində daşqınlar meydana gəlib. Bir gün ərzində təxminən 300 mm yağıntı düşüb, bu da şəhər üçün tarixi rekord olub. Ərazidə minlərlə insan təxliyə edilib.

Müdafiə naziri Luis Petri, təhlükəsizlik naziri Patrisiya Bullriç və Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kisillof şəhərə gəlib və xilasetmə işlərini koordinasiya edirlər. Federal hökumət daşqınların nəticələrinin aradan qaldırılması üçün 10 milyard peso (9 milyon dollar) vəd edib.

Xəbər lenti

Xəbər lenti