...

Husilər ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinə zərbələr endiriblər

Dünya xəbərləri Materials 16 Mart 2025 22:16 (UTC +04:00)

Bakı. Trend:

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizin şimalında ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya deyib.

"Yəmən silahlı qüvvələri təcavüzə cavab olaraq hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Amerikanın “USS Harry Truman” aviadaşıyıcısı və onu müşayiət edən gəmiləri 18 ballistik və qanadlı raketdən, həmçinin pilotsuz uçuş aparatından istifadə etməklə Qırmızı dənizin şimal hissəsində hücuma məruz qalıb", - deyə o bildirib.

Onun sözlərinə görə, husi qüvvələri Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumu davam etdirəcək və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndəb boğazından İsrailin kommersiya gəmilərinə mane olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti