...

Aylarla kosmosda əlacsız vəziyyətdə qalan amerikalı astronavtlar Yerə qayıdır

Dünya xəbərləri Materials 18 Mart 2025 09:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yay aylarından bəri Beynəlxalq Kosmik Stansiyada qalan və geri dönə bilməyən 2 amerikalı “SpaceX Crew Dragon” gəmisi ilə Yerə qaytarılacaq.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Suni Uilliams və Butç Uilmore 2024-cü ilin iyun ayında “Boeing” şirkətinin “Starliner” kapsulunu sınamaq məqsədilə 8 günlük kosmik missiyada iştirak edən zaman kapsulda texniki nasazlıqlar yaranmışdı .

Beləcə, NASA onların geri dönüşünün təhlükəli olduğunu qət edərək, astronavtların Beynəlxalq Kosmik Stansiyada qalmalarını məqsədəuyğun bilmişdi.

Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Ağ Evdən verdiyi açıqlamada amerikalı astronavtların geri qaytarılacaqlarını elan etmişdi.

Kosmik stansiyada əlacsız vəziyyətdə qalmış astronavtların gün ərzində Yerə çatdırılacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti