Bakı. Trend:
Polşa iqtidarı Belarus və Rusiya ilə sərhəddəki “Şərq qalxanı” müdafiə istehkamları xəttində piyadalara qarşı minaların istifadəsini planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Pavel Beyda RMF FM radiostansiyasının efirində bildirib.
Onun sözlərinə görə, piyadalara qarşı minalar “Şərq qalxanı”nın mühüm elementlərindən biri olacaq.
Beyda qeyd edib ki, Polşaya bir milyona qədər piyadaəleyhinə mina lazımdır və bu minaların ölkə daxilində istehsal edilməsi planlaşdırılır.
Siyasətçi əlavə edib ki, minalar Polşa Silah Qrupunun zavodları tərəfindən istehsal ediləcək, lakin o, bu məsələyə dair əlavə təfərrüat verməkdən çəkinib.