Bakı. Trend:
Bu gecə Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 323 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə özünün "X" səhifəsində Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yazıb.
"Bu gecə İstanbul Böyükşəhər Bələdiyyəsi istintaqı ilə əlaqədar əməliyyatlarda 323 şübhəli şəxs saxlanılıb. İctimai asayişə xələl gətirən hər hansı təşəbbüsə yol verilməyəcək", - deyə bildirilib.
Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb. Bundan sonra ölkənin bir sıra yerlərində etiraz aksiyaları başlayıb.