Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ədliyyə Departamentinə onun administrasiyasının siyasətinə qarşı məhkəmə iddiaları qaldıran hüquq firmalarına və vəkillərə təzyiq göstərməyi tapşırıb.
Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Tramp ABŞ-nin baş prokuroru və ədliyyə katibi Pam Bondiyə “qeyri-ciddi, əsassız və qəzəbli iddialar” irəli sürən vəkillərə qarşı məhkəmə məhdudiyyətlərinin tətbiq olunmasını əmr edib.
Nəşrin məlumatına əsasən, Ədliyyə Nazirliyi hökumətin məhdudiyyətlərinə məruz qala biləcək ondan çox şirkətin siyahısını hazırlayıb. Bu şirkətlər arasında dövlət müqavilələrini itirə biləcək hüquq firmalarının müştəriləri də var.