...

Çinin "Chery" şirkəti Türkiyədə 1 milyard dollarlıq elektrik avtomobil zavodu quracaq

Dünya xəbərləri Materials 27 Mart 2025 03:21 (UTC +04:00)
Çinin "Chery" şirkəti Türkiyədə 1 milyard dollarlıq elektrik avtomobil zavodu quracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinli avtomobil istehsalçısı "Chery Automobile Co." şirkəti Türkiyədə 1 milyard dollarlıq elektrik avtomobil zavodu qurmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Türkiyə Sənaye Nazirliyi məlumat yayıb.

Zavod Türkiyənin Samsun şəhərində fəaliyyət göstərəcək və ildə 200 min avtomobil istehsal etmək gücündə olacaq. Həmçinin, "Chery" bu zavodda avtomobil hissələri istehsal etməyi də planlaşdırır.

Layihə çərçivəsində tədqiqat və inkişaf mərkəzi yaradılacaq və bu, 5000 yeni iş yerinin açılmasına səbəb olacaq. "Chery" zavodunun açılışı, Çin avtomobil istehsalçılarının Aİ ilə gömrük razılaşması olan Türkiyədə mövcudluğunu genişləndirəcək və onların məhsullarını Avropaya ixrac etmək üçün mərkəzə çevriləcək.

Qeyd edək ki, keçən il "BYD Co." şirkəti də Türkiyədə 1 milyard dollarlıq zavod tikmək planlarını açıqlamışdı. Elektrik avtomobilləri, keçən il Türkiyədə bütün yeni avtomobil satışlarının 11%-ni təşkil edib, bu da ölkənin elektrik avtomobilləri bazarının potensialını göstərir.

Xəbər lenti

Xəbər lenti