Bakı. Trend:
Naməlum hakerlər Avstraliyanın Yeni Cənubi Uels ştatının Ədliyyə Departamentinin məlumat bazalarına hücum edərək minlərlə məxfi məlumat və məhkəmə sənədləri olan fayllara giriş əldə ediblər.
Trend xəbər verir ki, bu barədə ştatın departamentin bəyanatında deyilir.
Departament nümayəndələri "məhkəmə reyestrlərinin məlumat
bazalarının sındırıldığını" etiraf edərək cinayətkarların
sənədlərin əhəmiyyətli hissəsinə giriş əldə etdiklərini
bildiriblər.
"Departament dərhal hücumun aşkar edilməsi və onun nəticələrinin
aradan qaldırılması üçün tədbirlər görüb. Bundan əlavə, hadisə
barədə Yeni Cənubi Uels ştatının kibertəhlükəsizlik xidməti və
polisinə məlumat verilib, onlar dərhal istintaqa başlayıblar", –
bəyanatda qeyd olunur.
Həmçinin vurğulanıb ki, "hazırda oğurlanmış məlumatların heç biri hələ ki, ictimailəşdirilməyib".
Bəyanatda bildirilir ki, departamentin onlayn reyestrinin sındırılmasından sonra hakerlər şəxsi məlumatlar, məhkəmə qərarları və hökmlərin mətni, eləcə də məhkəmə sənədləri, o cümlədən şahidlərin and içərək verdikləri yazılı ifadələr də daxil olmaqla, ən azı 9 min fayla giriş əldə ediblər.