...

Türkiyədə etiraz aksiyaları zamanı 1 879 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 27 Mart 2025 20:18 (UTC +04:00)
Türkiyədə etiraz aksiyaları zamanı 1 879 nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 19-dan etibarən bu günə qədər Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 1 879 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial media hesabında yazıb.

Nazir bildirib ki, onlardan 260 nəfəri həbs edilib, 468-i üzrə məhkəmə nəzarəti qərarları qəbul edilib.

"Onlardan 662-si üzrə araşdırmalar davam etdirilir. Onlardan 489-u azadlığa buraxılıb", - deyə Ə.Yerlikaya bildirib.

Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb. Bundan sonra ölkənin bir sıra yerlərində etiraz aksiyaları başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti