...

Özbəkistanın Əndican vilayətində məsciddə partlayış baş verib

Dünya xəbərləri Materials 31 Mart 2025 19:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə baş verən qaz-hava partlaması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində 3 vətəndaş həyatını itirib, 10 nəfər isə yaralanıb və tibb müəssisələrinə yerləşdirilib. Nazirlik, hadisə ilə bağlı məlumatı Telegram kanalında yayıb.

Hadisə yerinə baş nazirin müavini Açılbəy Ramatov, fövqəladə hallar naziri Botir Kudratxocayev və rayon rəhbəri də gəliblər.

Martın 31-də baş verən hadisə, Əndican vilayətinin İzbaskan rayonunda yerləşən Əhmədəli Xoca məscidində qaz-hava qarışığı çaxması nəticəsində baş verib. Yerli media, partlayışın dəstəmaz binasının uçmasına səbəb olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti