Bakı. Trend:
Estoniya müdafiə qüvvələrinə dənizdə təhlükəsizliyin təmin olunması məqsədilə təhdid yaradan mülki gəmilərə qarşı silah tətbiq etmək hüququ verilə bilər.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Estoniya parlamentinin Dövlət Müdafiəsi Komissiyası bu barədə müvafiq qanun layihəsi irəli sürüb.
Layihəyə əsasən, əgər digər vasitələr effektiv olmazsa, Beynəlxalq Dəniz Hüququna uyğun olaraq Müdafiə Qüvvələri ölkənin dəniz zonasında infrastrukturun, dövlət müdafiəsi obyektlərinin, limanların, avadanlıqların və ya həyati əhəmiyyətli xidmətlər göstərən gəmilərin qorunması məqsədilə güc tətbiq edə biləcək.