Bakı. Trend:
Kanada ilə ABŞ arasında “soyuq yellərin əsməsi” fonunda rəsmi Ottava Amerika istehsalı olan “F-18 Hornet” qırıcılarının dördüncü nəsil “Gripen E/F” qırıcıları ilə əvəzlənməsi üçün İsveç hökuməti ilə danışıqlara başlayıb.
Trend xəbər verir ki, bu barədə “The Military Watch Magazine (MWM)” məlumat yayıb.
“Alternativ qırıcının alınması ilə bağlı danışıqların bərpası haqda qərar ilk növbədə Vaşinqtonun Kanada mallarına yüksək idxal rüsumları tətbiq etmək təhdidləri fonunda Birləşmiş Ştatlarla münasibətlərin qəfil pisləşməsi ilə əlaqədardır”, - deyə o bildirib.