...

İndoneziyada ard-arda 5 vulkan püskürməsi olub

Dünya xəbərləri Materials 16 Aprel 2025 12:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Şərqi Yava bölgəsində yerləşən Semeru vulkanında beş yeni püskürmə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.

Vulkan yaxınlığında qurulmuş müşahidə postunun məlumatına əsasən, püskürmədən səmaya 1 kilometr yüksəkliyə qədər kül kütləsi qalxıb. Qatı kül-toz kütləsinin şimal və şimal-şərq istiqamətlərində yayıldığı bildirilir.

İndoneziyanın Vulkanaologiya və geoloji fəlakətlərlə bağlı mərkəzi regionun sakinlərinə və turistlərə ehtiyatlı davranmaq və kraterə 3 kilometrdən çox yaxınlaşmamaqla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Semeru İndoneziyanın hündürlüyünə görə dördüncü ən böyük vulkanı sayılır və dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti