...

İlon Mask övladlarını “legion” adlandırır, daha çox uşaq sahibi olmağı planlaşdırır – WSJ

Dünya xəbərləri Materials 17 Aprel 2025 04:05 (UTC +04:00)
İlon Mask övladlarını “legion” adlandırır, daha çox uşaq sahibi olmağı planlaşdırır – WSJ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, eyni zamanda ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) təsisçisi İlon Mask övladlarını “legion” adlandırır.

Trend xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Mask bu ifadəni Roma Respublikası və Roma İmperiyası dövründəki hərbi dəstələri nəzərdə tutaraq istifadə edir. O, övladlarının sayında “legion” səviyyəsinə çatmağı hədəfləyir və bununla da Yer kürəsində yüksək intellektə malik insanların sayını artırmaq niyyətindədir.

Maskın fikrincə, sivilizasiyanın qarşılaşa biləcəyi təhlükələrdən biri də dünya əhalisinin azalmasıdır. Bu baxımdan o, ağıllı və yaradıcı insanların çoxalmasını vacib hesab edir.

Hazırda məlumata görə, İlon Maskın dörd qadından ən azı 14 övladı var. Lakin WSJ-nin bir neçə mənbəsi onun əslində daha çox uşağının olduğunu iddia edir. Maskın dəqiq neçə övladının olduğu isə bəlli deyil.

Qəzetin digər maraqlı məlumatına görə, milyarder gələcək övladlarının analarını potensial olaraq özünün təsis etdiyi “X” şirkətinin əməkdaşları arasından seçir.

Xəbər lenti

Xəbər lenti