Bakı. Trend:
Portuqaliyada keçirilən növbədənkənar parlament seçkilərində bülletenlərin 70,86 faizi hesablandıqdan sonra baş nazir səlahiyyətlərini icra edən Luis Monteneqronun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans koalisiyası liderlik edir.
Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili Administrasiya Nazirliyi bildirib.
Məlumata əsasən, koalisiya 36,86 faiz səs toplayıb. Onun ardınca 23,39 faiz səslə ifrat sağçı “Bəsdir!” siyasi qüvvəsi və 22,99 faiz səslə Sosialist Partiyası gəlirlər. Beləliklə, 2024-cü ildən hakimiyyətdə olan Demokratik Alyans parlamentdəki mövqeyini yaxşılaşdıra bilər.