...

Rusiyanın müvəqqəti işlər vəkili Finlandiya XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 11 İyun 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın müvəqqəti işlər vəkili Finlandiyanın hava məkanının pozulması ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, görüş iyunun 11-nə planlaşdırılıb.

Qeyd edək ki, iyunun 10-da Finlandiya Müdafiə Nazirliyi Rusiyaya məxsus hərbi təyyarənin Porvoo rayonunda ölkənin hava məkanını pozduğunu bildirib. Finlandiyanın Sərhəd Xidməti hadisə ilə bağlı təhqiqata başlayıb.

Bu, ay ərzində qeydə alınan ikinci oxşar hadisədir. May ayının sonlarında Rusiya Silahlı Qüvvələrinə məxsus daha bir təyyarə Finlandiyanın hava məkanına daxil olmuşdu. Hadisədən sonra Helsinki Rusiyanın ölkədəki səfiri Pavel Kuznetsova nota təqdim etmişdi.

Xəbər lenti

Xəbər lenti