Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu həftə Rusiyaya səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.
"Əvvəla, [ABŞ prezidenti Donald Tramp] təbii ki, [bundan əvvəl] xüsusi elçi Uitkoffun bu həftə Rusiyaya gedəcəyini qeyd edib. Bunu tribunamızdan təsdiqləyə bilərik. Bu səfərin nəyi əhatə edəcəyi ilə bağlı sizin üçün heç bir təfərrüatı açıqlaya bilmirəm", - deyə o bildirib.
O, Uitkoffun səfərinin dəqiq tarixlərini açıqlamayıb.