Bakı. Trend:
Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Seysmoloqların bildirdiyinə görə, zəlzələnin episentri 68,8 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 192 km aralıda qeydə alınıb. Hadisənin hiss edilməsi ilə bağlı hələlik məlumat daxil olmayıb.