...

İspaniyada meşə yanğınları Madrid ətrafındakı yaşayış məntəqələrinə çatıb

Dünya xəbərləri Materials 12 Avqust 2025 14:41 (UTC +04:00)
İspaniyada meşə yanğınları Madrid ətrafındakı yaşayış məntəqələrinə çatıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada güclü meşə yanğınları Madrid əyalətinə daxil olan Tres-Kantos şəhərinə çatıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Tres-Kantos şəhərində yanğınlar səbəbindən mərkəzə bitişik iki yaşayış məntəqəsini təxliyə etmək zərurəti yaranıb. Qısa müddət ərzində qızmar hava və güclü külək yanğının Soto-de-Vinuelas və Fuente-del-Fresno şəhərlərinin yaşayış məntəqələrinə yayılmasına səbəb olub.

Yanğın səbəbindən bir nəfərin yaralandığı təsdiqlənib və onun 98% yanıq xəsarətləri ilə La-Pasadakı xəstəxanaya çatdırıldığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti