Bakı. Trend:
Türkiyənin Mersin vilayətində güclü meşə yanğınları baş verib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, yanğın səbəbindən Mersin vilayətinin dörd kəndinin 200-ə yaxın sakini təxliyə edilib.
Bölgədə davam edən küləyin yanğının söndürülməsini çətinləşdirdiyi bildirilir.