...

Çin astronavtlar kosmik stansiyaya çatıb

Dünya xəbərləri Materials 1 Noyabr 2025 17:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Şencou-21” kosmik misisyasının astronavtları “Tienqon” kosmik stansiyasına çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Çin Kosmos Agentliyi səhər erkən saatlarda “Şencou-21” kosmik gəmisinin stansiya ilə birləşdiyini, astronavtların stansiyaya keçdinin başladığını və prosesin uğurla bitdiyini açıqlayıb.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti