...

İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini göndərməyə hazırlaşır

Dünya xəbərləri Materials 3 Noyabr 2025 17:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynaya 12-ci hərbi yardım paketi yaxın zamanda hazır olacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib.

“Ukraynaya gəlincə, bizim mövqemiz dəyişməz olaraq qalır. Biz Kiyevə bacardığımız qədər kömək edirik. Yaxın zamanda əvvəlki yardım şəklində yeni hərbi yardım paketini çatdırmaq niyyətindəyik”,- deyə o bildirib.

Almaniyanın Ukraynaya “Patriot” zenit-raket kompleksləri göndərməsi məsələsini şərh edən nazir bunları deyib:

“Onların bu silahları var və Ukraynaya göndərə bilirlər. Biz artıq özümüzdə olanların hamısından göndərmişik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti