Bakı. Trend:
"New Glenn" raketi "EscaPADE" missiyası çərçivəsində NASA peykini uğurla orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə raketin istehsalçı şirkəti olan "Blue Origin" bildirib.
Məlumata əsasən, həmin peyklər Marsa yaxın məkanı araşdırmaq və planetin atmosfer və suyun yox olmasını izah etmək üçün buraxılıb.
Bildirilib ki, raket cümə axşamı günü Şərq vaxtı ilə saat 15:54-də Florida ştatındakı Kanaveral burnunun Hərbi Hava Qüvvələri bazasındakı 36 nömrəli Buraxılış Kompleksindən buraxılıb.
Berklidəki Kaliforniya Universitetində hazırlanmış EscaPADE (Escape and Plazma Acceleration and Dynamics Explorers) zondları 2027-ci ilin sentyabr ayında Mars orbitinə daxil olacaq.