Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və uranın zənginləşdirilməsi işlərinin Cənubi Koreyada həyata keçirilməsini təklif edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Çje Myon Seulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu proses üçün iki ölkə arasında 50/50 nisbətində birgə müəssisənin yaradılması planlaşdırılır.
Dövlət başçısı, həmçinin danışıqların yaxşı keçdiyini və növbəti mərhələlərin icrası üçün ABŞ ticarət naziri Hovard Lutnikin təyin edildiyini bildirib.