...

Çində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 4 Dekabr 2025 12:18 (UTC +04:00)
Çində güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur muxtar bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 135 minə yaxın əhalisi olan Tumşuk qəsəbəsindən 141 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin yeraltı ocağı isə 7 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə hələ ki, məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti