Bakı. Trend:
Fransa senatı bir müddət əvvəl geniş müzakirələrə səbəb olan xarici turistlər üçün gəmi ilə kruiz səyahəti üçün verginin tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra Fransanın istənilən limanında gəmiyə minən xarici vətəndaşlardan adam başına 15 avro vergi alınacaq.
Qanunun layihəsinin təşəbbüskarları əmin edir ki, bu vergi sayəsində sahilyanı ərazilərdə ətraf mühitin qorunması üçün büdcəyə illik təqribən 75 milyon avro yığılacaq.
Layihə sağçı-mərkəzçi senator Jan-Mark Deliya tərəfindən irəli sürülüb. O belə bir vergitutumuna əsas kimi, Avropada kruiz gəmilərinin hər il yeddi milyon ton karbon qazı emissiyası yaratdığını göstərib.
