Bakı. Trend:
Türkiyə müdafiə sənayesi məhsullarnın ixracında yeni rekorda imza atıb
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Yanvar-noyabr ayları ərzində ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 733 milyon dollar səviyyəsindən 30 faiz artımla 7 milyard 445 milyon dollara çatıb"- deyə o bildirib.
Haluk Görgünün sözlərinə görə, Türkiyə müdafiə sənayesi məhsullarının ixracı dekabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 747 milyon dollara çatıb.