...

Konqo Demokratik Respublikası və Ruanda ABŞ-də sülh müqaviləsi imzalayıblar

Dünya xəbərləri Materials 5 Dekabr 2025 00:02 (UTC +04:00)

Bakı. Trend:

Konqo Demokratik Respublikası və Ruanda prezidentləri Feliks Çisekedi və Pol Kaqame Vaşinqtonda iki ölkə arasındakı münaqişənin sülh yolu ilə həlli üçün saziş imzalayıblar.

Trend-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp da vasitəçi kimi çıxış edərək müqaviləni imzalayıb.

"Bu, çox əla bir gündür, ABŞ, dünya və bu iki ölkə üçün əla bir gündür", - deyə D.Tramp sənədin imzalanmasından əvvəl bildirib.

Saziş rəsmi olaraq "KDR və Ruanda prezidentləri Feliks Tşisekedi və Pol Kaqame arasında Sülh və Rifah naminə Vaşinqton Sazişləri" adlanır. Hazırkı müqavilə bu ilin iyun ayında Ruanda ilə Konqo Demokratik Respublikası arasında imzalanmış müqaviləni konkretləşdirir.

Tramp həmçinin Vaşinqton və Amerika şirkətlərinə regionda nadir torpaq metallarına çıxış imkanı verəcək ikitərəfli müqavilələr imzalamaq niyyətində olduğunu açıqlayıb.

Xəbər lenti

Xəbər lenti