...

İrlandiyada Zelenskinin təyyarəsinin yaxınlığında naməlum dronlar müşahidə edilib

Dünya xəbərləri Materials 5 Dekabr 2025 02:08 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Dublin hava limanına eniş etdikdən bir neçə dəqiqə sonra dörd naməlum PUA hava limanı yaxınlığında uçub.

Trend-in məlumatına görə, bu barədə İrlandiyanın "The Journal" onlayn nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə dekabrın 1-də yerli vaxtla saat 23:00 radələrində baş verib. Dronlar Dublinin şimal-şərqindən havaya qalxıb və təxminən iki saat havada qalıblar. Onlar Zelenskinin planlaşdırılmış uçuşuna uyğun olaraq onun uçuş marşrutuna daxil olublar. Daha sonra dronlar V.Zelenskinin səfəri ilə əlaqədar İrlandiya dənizində gizli şəkildə patrul xidməti aparan İrlandiya Hərbi Dəniz Qüvvələrinin gəmisinin üzərində qısa müddətə dövrə vurublar.

Nəşr qeyd edib ki, dronları kimin işə saldığı və idarə etdiyi, yaxud hazırda harada yerləşdiyi hələ də məlum deyil. İrlandiya xidmətləri dronları vurmamaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti