Bakı. Trend:
Böyük Britaniya hökuməti 8 milyard funt sterlinqi məbləğində (10,6 milyard dollar) dondurulmuş Rusiya aktivlərini Ukraynaya köçürməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti Nazirlər Kabinetindəki mənbəyə istinadən xəbər verib.
Məlumata əsasən, Böyk Britaniya təzminat krediti adlandırdığı məsələdə Qərb ölkələri arasında ortaq mövqedə razılığa gəlməyə ümid edir. Bildirilib ki, London hələ ki, Ukraynaya köçürmək üçün Rusiya aktivlərinin müsadirə edilməsi üçün yekun metod hazırlamayıb.