...

Tramp FIFA Sülh Mükafatını alacaq - KİV

Dünya xəbərləri Materials 5 Dekabr 2025 05:06 (UTC +04:00)
Tramp FIFA Sülh Mükafatını alacaq - KİV

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçiriləcək 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edəcək. Mərasim çərçivəsində D.Tramp səhnəyə çıxacaq və FIFA Sülh Mükafatını alacaq.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti proqram cədvəlinə istinadən xəbər verib.

Məlumata əsasən, iki saatlıq tədbir D.Trampın ən sevdiyi opera müğənnilərindən biri olan Andrea Boçellinin çıxışı ilə başlayacaq, ardınca isə FİFA prezidenti Canni İnfantino tədbirdə D.Trampı Sülh Mükafatı laureatı kimi təqdim edəcək.

Trampın mükafatı qəbul etməsi və səhnədən nitq ilə çıxış etməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti