...

Almaniya parlamenti yeni hərbi xidmət modelini təsdiqləyib

Dünya xəbərləri Materials 5 Dekabr 2025 21:36 (UTC +04:00)
Almaniya parlamenti yeni hərbi xidmət modelini təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya parlamenti ölkədə hərbi xidmətin yeni modeli haqqında qanunu qəbul edib.

Trend xəbər verir ki, parlament üzvlərinin əksəriyyəti müdafiə naziri Boris Pistoriusun gənclərin tibbi müayinədən keçməsi və hərbi qeydiyyatın bərpasını nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

Yeni qaydalara görə, gənclərə fiziki hazırlıqları və Almaniya ordusuna qoşulmağa hazır olduqları barədə məcburi sorğular göndəriləcək.

Məlumata əsasən, orduda ehtiyac duyulan say tam təmin olunmasa, “ehtiyaclara əsaslanan” çağırış sistemi tətbiq oluna bilər. Bu zaman gənclər püşkatma və ya digər mexanizmlər vasitəsilə seçiləcək. Bunun üçün parlament ayrıca səsvermə keçirməlidir. Hərbi xidmət müddəti ən azı altı ay olacaq.

Almaniyanın bir sıra şəhərlərində icbari hərbi xidmətin tətbiqinə qarşı etiraz aksiyaları təşkil edilib.

Qeyd edək ki, Almaniyada icbari hərbi xidmət 2011-ci ilin iyulunda ləğv olunub və bundan sonra ölkə peşəkar ordu sisteminə keçib.

Xəbər lenti

Xəbər lenti