...

ABŞ Prezidenti Donald Tramp FIFA Sülh mükafatı ilə təltif olunub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 5 Dekabr 2025 21:52 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp FIFA Sülh mükafatı ilə təltif olunub (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb.

Trend xəbər verir ki, mükafatı Trampa FIFA prezidenti Canni İnfantino təqdim edib.

Təqdimat zamanı nümayiş etdirilən videoçarxda Trampın müxtəlif münaqişələrin həllinə verdiyi töhfələrlə yanaşı, Ermənistanla Azərbaycan arasında sülhün təşviqi istiqamətində gördüyü işlər və müvafiq sənədin imzalanması da xüsusi olaraq vurğulanıb.

xxx

21:47

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində iştirak edib.

Trend xəbər verir ki, siyasətçi ABŞ milli komandasının turnirdə qalib gəlmə imkanını istisna etməyib.

“Burada olmaq böyük şərəfdir. Canni İnfantino fantastik iş görüb. Bilet satışları rekord qırır. Yəni, biz artıq rekord əldə etmişik, bu, əladır”, – Tramp bildirib.

“ABŞ dünya çempionatını qazana bilərmi?” sualına isə Amerika lideri belə cavab verib: “Düşünürəm ki, bu mümkündür. Hesab edirəm ki, burada bir çox komandanın şansı var. Yarış olduqca çətindir, amma deyərdim ki, ABŞ millisinin kiçik də olsa şansı var.”

Xəbər lenti

Xəbər lenti