Bakı. Trend:
“Yadplanetli gəmisi” ləqəbi ilə tanınan ulduzlararası obyekt 3I/ATLAS-ın qeyri-adi davranışı dünya liderlərinin diqqətini cəlb edib və genişmiqyaslı planetar müdafiə təlimlərinə səbəb olub.
Trend xəbər verir ki, məlumatı Daily Star qəzeti yayıb.
Nəşr qeyd edir ki, dünya hökumətləri obyektin gözlənilməz hərəkətlərinə hazırlaşır. Avropa Kosmik Agentliyi bütün planetar müdafiə triadasını aktivləşdirib, Yaponiya sürətləndirilmiş təlimlər keçirib, ABŞ isə yüksək hündürlükdə orbital uçuşu izləmək üzrə məşq təşkil edib. Avstraliya, Cənubi Koreya və Braziliya da birgə təlimlərdə iştirak edir.
1 dekabrda 3I/ATLAS Yerə yaxınlaşdıqca davranışını dəyişib: obyektin parlaqlığı altı gün ərzində üçdə birdən çox azalıb. Alimlər bunun kometin Günəşdən uzaqlaşması və daha az işığı əks etdirməsi ilə əlaqəli olduğunu bildirirlər.
