...

İsrail ordusunda xidmət müddəti 36 aya qədər uzadıla bilər

Dünya xəbərləri Materials 6 Dekabr 2025 01:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriç ölkə ordusunda (SAXAL) xidmət müddətini hazırkı 30-32 aydan 36 aya qədər artırmaq niyyətindədirlər.

Trend xəbər verir ki, bu barədə "Maariv" qəzeti məlumat yayıb.

Əgər bu dəyişiklik qəbul olunarsa, hazırda xidmət edən və 2026-cı ildə tərxis olunması planlaşdırılan əsgərlər xidmətlərini uzatmaq məcburiyyətində qalacaqlar.

Eyni zamanda, SAXAL-a çağırış üçün ehtiyatda olanların sayı 30 000 nəfər azaldılacaq və onların yerinə yetirməli olduqları vəzifələr çağırışçılara həvalə olunacaq.

Xəbər lenti

Xəbər lenti