...

ABŞ Danimarkaya hava və raketdən müdafiə sistemlərini satacaq

Dünya xəbərləri Materials 6 Dekabr 2025 02:54 (UTC +04:00)
ABŞ Danimarkaya hava və raketdən müdafiə sistemlərini satacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Danimarkaya 3 milyard dollarlıq İnteqrasiya olunmuş Döyüş Komandanlıq Sisteminin (IBCS) hava və raketdən müdafiə döyüş idarəetmə sistemi və əlaqəli logistikasının satışını təsdiqləyib.

Trend xəbər verir ki, məlumat dekabrın 5-də hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükündən məsul olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi tərəfindən yayımlanıb.

Bəyanatda qeyd olunur ki, sistem artilleriya atəşindən qorunma vasitələri, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə təchiz olunub.

Sənəddə vurğulanır ki, “təklif olunan satış NATO müttəfiqinin döyüş qabiliyyətlərini artırmaqla ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək”. ABŞ tərəfi hesab edir ki, IBCS-in Danimarkaya satışı onun yerüstü orta və uzun mənzilli hava hücumundan müdafiə imkanlarını genişləndirəcək. Əsas podratçılar Lockheed Martin, RTX Corporation və Northrop Grumman olacaq.

ABŞ administrasiyası sistemin potensial satışını təsdiqləmə qərarını Konqresə çatdırıb. Qanunverici orqan müqaviləni nəzərdən keçirmək və onu təsdiqləyib-təsdiqləməmək üçün 30 gün müddətinə malikdir.

Xəbər lenti

Xəbər lenti