Bakı. Trend:
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran icra sərəncamının qanuniliyini qiymətləndirəcək.
Trend xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında bildirilib.
Məhkəmə Trampın icra sərəncamının konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi tələbinə baxmağı qəbul edib. Dinləmə tarixi hələ müəyyən olunmayıb. “Politico”nun məlumatına görə, mahiyyəti üzrə dinləmə çox güman ki, 2026-cı ilin aprelində başlayacaq və qərarın iyunun sonuna qədər verilməsi gözlənilir.
Qeyd edək ki, iyul ayında Kaliforniyanın San-Fransisko şəhərindəki apelyasiya məhkəməsi Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını ləğv edib və konstitusiyaya zidd sayıb. Əvvəlki aşağı məhkəmələr sərəncamın tətbiqini bloklamışdılar, lakin iyunun sonunda Ali Məhkəmə onların bunu etmək hüququnu məhdudlaşdırıb.
