...

Yaponiyada amerikalı aktyor narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb

Dünya xəbərləri Materials 6 Dekabr 2025 05:54 (UTC +04:00)
Yaponiyada amerikalı aktyor narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya polisi noyabr ayında amerikalı dramaturq və aktyor Ceremi Harrisi ölkəyə narkotik qaçaqmalçılığı cəhdində şübhəli bildiyi üçün saxlayıb.

Trend xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Harris noyabrın 16-da Okinava prefekturasındakı Naha hava limanında gömrük əməkdaşları onun çantasında ekstaz aşkar etdikdən sonra həbs edilib.

Qəzet qeyd edir ki, aktyor rəsmi ittiham olunarsa, yeddi ilə qədər həbs cəzası ala bilər.

Ceremi Harris “Emili Parisdə” serialında Qreqori Elliot Düpre obrazı ilə tanınır və Toni mükafatına namizəddir.

Xəbər lenti

Xəbər lenti