Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Qəzza zolağında sülh prosesinin növbəti mərhələsini müzakirə etmək üçün Mayamidə Qətər, Misir və Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.
Trend xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Görüşdə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Bədr Əbdül Ata iştirak edəcəklər.
