Bakı. Trend:
Türkiyədə “Fənərbağça” futbol klubunun prezidenti Sadətdin Saranın verdiyi narkotik testi müsbət çıxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, klub rəhbərindən götürülmüş saç nümunəsində kokain izləri aşkarlanıb. Nəticələrlə bağlı yekun hesabat İstanbul baş prokurorluğuna yollanıb, Saranın özündən isə şəhəri tərk etməməsi barədə yazılı iltizamnamə alınıb.
Sadətdin Saran – türkiyəli idmançı, biznesmen və idman klubu rəhbəridir. O cari ilin sentyabr ayından bəri “Fənərbağça” klubunun prezidenti vəzifəsini tutur.
Hazırda “Fənərbağça” klubu Türkiyə Super-Liqasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb, klub “Qalatasaray”dan 3 xal geridə qalır.
