Bakı. Trend:
Moskvanın Vnukovo və Domodedovo aeroportlarında hava gəmilərinin uçuşu ilə bağlı tətbiq olunan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artyom Korenyako öz “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, bu ölçü təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması baxımından zəruri idi.
Bu gün səhər saatlarında Moskvanın meri Sergey Sobyanin şəhərin Hava Hücumlarından Müdafiə qüvvələrinin paytaxt istiqamətində uçan 3 pilotsuz uçuş aparatını vurduğunu bildirmişdi.
