Bakı. Trend:
2025-ci ildə qlobal fond bazarları son illərin ən güclü yüksəlişini nümayiş etdirib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin səhmlərini əhatə edən MSCI All Country World Index bu il ərzində 21%-dən çox artım göstərib ki, bu da 2019-cu ildən bəri ən yaxşı, 2009-cu ildən sonra isə ikinci ən yüksək illik nəticədir.
Bu il ABŞ bazarları dünya ilə ayaqlaşa bilməyib. İnvestorlar Amerika aktivlərindən çəkilərək diversifikasiyaya üstünlük veriblər. ABŞ-ın S&P 500 indeksi 17% artım nümayiş etdirsə də, bu göstərici Almaniyanın DAX (+22%), Böyük Britaniyanın FTSE 100 (+20%) və Yaponiyanın Nikkei (+26%) indekslərindən geri qalır.
Eyni zamanda, ABŞ dolları 50 ildən çox müddətdə ən zəif ilk yarımilini yaşayıb. Süni intellekt infrastrukturuna yönələn böyük borclanma ilə bağlı narahatlıqlar fonunda, Nvidia şirkətinin çip sektoru 40% artaraq, bazar dəyəri 4,5 milyard dolları keçib.
Analitiklər bu artım dalğasının davam edib-etməyəcəyinin əsasən süni intellekt sektoru və qlobal iqtisadiyyatdakı sabitlikdən asılı olduğunu bildirirlər.
