...

Ağ Ev Trampın Qrenlandiya xəritəsini nəzərdən keçirən şəklini paylaşdı (FOTO)

Dünya xəbərləri Materials 13 Yanvar 2026 12:26 (UTC +04:00)
Ağ Ev Trampın Qrenlandiya xəritəsini nəzərdən keçirən şəklini paylaşdı (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağ Ev ABŞ prezidenti Donald Trampı Qrenlandiya xəritəsinin fonunda əks etdirən şəkil paylaşıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəkil Ağ Evin rəsmi “X” səhifəsində bütöv deyil, fraqmentləşdirilmiş şəkildə dərc olunub.

Şəkili isə bu sözlər müşayiət edir: “Vəziyyəti izləmək üçün tıklayın”.

Həmin şəkildə Amerika lideri şüşəsini Qrenlandiya xəritəsi əvəz edən pəncərədən boylanır. Xəritədə adanın əsas yaşayış məntəqələri əks olunub.

Xatırladaq ki, yanvarın 8-də Amerikanın dövlət katibi Marko Rubio müxtəlif məsələlərin, o cümlədən Qrenlandiyanın satınalınmasının mümkünlüyü barədə məsələnin müzakirəsi üçün yaxın zamanda Danimarkalı nümayəndələrlə görüş keçirəcəyini elan edib.

Bundan əvvəl Ağ Evin aparat rəhbərinin siyasət üzrə müavini, ABŞ Prezidentinin müşaviri Stiven Millerin həyat yoldaşı Keti X sosial şəbəkəsində Qrenlandiya xəritəsini dərc edib. Xəritədə ada ABŞ bayrağının rəngləri ilə boyanıb. O, paylaşımını “soon” (ingiliscədən tərcümədə – “tezliklə”) sözü ilə müşayiət edərək ABŞ-ın Qrenlandiyanı ələ keçirmək planlarına eyham vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti