...

Rusiyanın bu aeroportu satışa çıxarılacaq

Dünya xəbərləri Materials 21 Yanvar 2026 16:16 (UTC +04:00)
Rusiyanın bu aeroportu satışa çıxarılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Domodedovo hava limanı yenidən hərraca çıxarılacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, təkrar hərrac yanvarın 29-da baş tutacaq və potensial alıcıların ərizəsinin qəbuluna artıq sabahdan (22 yanvar) başlanacaq.

Xatırladaq ki, yanvarın 20-də Moskvanın Domodedovo aeroportunun satışı üzrə nəzərdə tutulan hərrac baş tutmayıb, belə ki, yeganə namizəd hərrac sessiyasına buraxılmayıb.

Holdinqin başlanğıc qiyməti 132 milyard rubldan (təxminən 2,89 milyard manat) artıqdır. Hərracın addım məbləği 1,32 milyard rubl (dəyərin 1 faizi) təşkil edir. 26,45 milyard rubl məbləğində təminat depoziti 13–19 yanvar 2026-cı il tarixləri arasında yatırılmalı idi. Əmlakın yeni sahibinə təhvil verilməsi tam ödəniş həyata keçirildikdən sonra ən gec 30 gün ərzində baş tutmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti