...

Bu ölkə Aİ-dən idxal olunan avtomobillərə gömrük rüsumunu azaldır

Dünya xəbərləri Materials 26 Yanvar 2026 19:00 (UTC +04:00)
Bu ölkə Aİ-dən idxal olunan avtomobillərə gömrük rüsumunu azaldır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan hökuməti Avropa İttifaqından idxal edilən avtomobillərə tətbiq olunan gömrük rüsumunu 110%-dən 40%-ə endirməyə hazırlaşır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu addım Dehli ilə Brüssel arasında imzalanması gözlənilən sərbəst ticarət sazişi çərçivəsində atılır. 15 min avrodan baha Avropa avtomobillərinə tətbiq edilən vergi dərhal azaldılacaq və gələcəkdə mərhələli şəkildə 10%-ə qədər endiriləcək.

Bu isə Volkswagen, Mercedes-Benz və BMW kimi Avropa istehsalçılarının Hindistan bazarına çıxışını xeyli asanlaşdıracaq.

Razılaşma reallaşarsa, bu, Hindistan avtomobil bazarının indiyə qədər Avropa üçün ən böyük açılışı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti