Bakı. Trend:
Rusiyanın Elmi-Tədqiqat və Kimyəvi Maşınqayırma Konstruktor İnstitutu (Nİİximmaş) yay aylarında Beynəlxalq Kosmik Stansiya (BKS) üçün nəzərdə tutulmuş paltaryuyan maşının prototipinin yerüstü sınaqlarına başlamağı planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müəssisənin perspektiv inkişaflar şöbəsinin rəhbəri Yevgeni Uymanova bildirib.
Onun sözlərinə görə, hazırda avadanlığın tərkib hissələrinin istehsalı davam edir. Maşının ölçüləri təxminən iki kubmetr, daxili həcmi isə beş litr olacaq.
Qurğu vaxtaşırı sıxılıb-genişlənə bilən torba və ya kamera formasında hazırlanacaq.
