...

İsrail hava qüvvələri gizli tuneldən çıxan terrorçuları zərərsizləşdirib

Dünya xəbərləri Materials 30 Yanvar 2026 11:20 (UTC +04:00)
İsrail hava qüvvələri gizli tuneldən çıxan terrorçuları zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hava Qüvvələri gecə saatlarıda Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində gizli tunnellə hərəkət edən terrorçulardan ibarət qrupu zərərsizləşdirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, endirilən zərbə nəticəsində qrupun üç üzvü həlak olub, digər beş nəfərin isə ərazidən qaçdığı güman edilir.

Hazırda əsgərlər gizli tunelin aşkarlandığı əraziyə səfərbər olunub, zərbənin nəticələri hadisə yerində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti