...

Ukrayna prezidenti Əbu-Dabidəki növbəti danışıqların tarixini açıqladı

Dünya xəbərləri Materials 1 Fevral 2026 14:45 (UTC +04:00)
Ukrayna prezidenti Əbu-Dabidəki növbəti danışıqların tarixini açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı vəziyyətin həlli üçün Əbu-Dabidə keçiriləcək danışıqların yeni tarixlərini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə V.Zelenski "Telegram" kanalında yazıb.

"Danışıqlar qrupumuz bu yaxınlarda məlumat verdi. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevral tarixlərində Əbu-Dabidə", - deyə o bildirib.

Onun sözlərinə görə, "Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin bizi münaqişənin real və ləyaqətli şəkildə sona çatmasına yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti