Bakı. Trend:
Belçika bəzi şərqi Avropa ölkələrində, o cümlədən Estoniyada, Albaniyada və Kosovoda məhbus yerlərinin icarəsi layihəsi üzərində işləyir. Məqsəd yerli penitensiar sistemin ağır yüklənməsindən dolayı cinayətkar miqrantların saxlanmasını təmin etməkdir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, ölkənin ədliyə naziri Anneli Verlinden yaşayış hüququ olmayan cinayətkarların saxlanılması məqsədilə, Estoniyada həbsxanaların icarəsi imklanlarını nəzərdən keçirir. Bu məqsədlə o, bu həftə Estoniyaya rəsmi səfər edir.
Bundan əvvəl oxşar rəsmi səfərlərin Albaniya və Kosovoya edildiyi qeyd olunur.
