...

Tərkibində emulqator, süni rəngləndirici və dadlandırıcı olan qidalar asılılıq yaradır - Araşdırma

Dünya xəbərləri Materials 3 Fevral 2026 20:20 (UTC +04:00)
Tərkibində emulqator, süni rəngləndirici və dadlandırıcı olan qidalar asılılıq yaradır - Araşdırma
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ultra emal olunmuş qidalar siqaret kimi asılılıq yaradır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yeni araşdırmalara görə, ultra emal olunmuş qidalar (UPF) siqaret kimi asılıq yaradır və ictimai sağlamlıq baxımından daha ciddi tənzimləməyə ehtiyac var.

UPF-lər əsasən sənaye üsulu ilə istehsal olunan, tərkibində emulqatorlar, süni rəngləndiricilər və dadlandırıcılar olan qidalardır. Bu kateqoriyaya qazlı içkilər, çipslər, peçenyelər və digər qablaşdırılmış qəlyanaltılar daxildir.

ABŞ-nin aparıcı universitet tədqiqatçıları qeyd edirlər ki, həm UPF-lər, həm də siqaretlər asılılıq yaratmaq və istehlakı artırmaq məqsədilə xüsusi şəkildə hazırlanır. Araşdırmada bu məhsulların geniş yayılmış sağlamlıq riskləri arasında mühüm paralellər olduğu vurğulanır. UPF-lərin və siqaretlərin istehsal prosesləri oxşardır. İstehsalçılar hər iki halda məhsulun “dozasını” optimallaşdırmağa və insan beynində mükafat mexanizmlərinə mümkün qədər tez təsir göstərməyə çalışırlar.

Tədqiqatçılar müqayisələrini asılılıq elmi, qidalanma və ictimai səhiyyə tarixi üzrə məlumatlara əsaslandırıblar. Tədqiqatçılar həmçinin “az yağlı” və ya “şəkərsiz” kimi marketinq iddialarının 1950-ci illərdə siqaret filtrlərinin effektivliyi şübhəli olsa da, qoruyucu yenilik kimi təqdim edilməsinə bənzəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti